Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-14 16:29:00
Bu müəllimlər müsahibə mərhələsində iştirak edə bilməzlər

Dövlət peşə təhsili müəssisələrində işləmək istəyən ümumtəhsil və ixtisas fənn müəllimlərinin, istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsahibə mərhələsi üçün 13 sentyabr 2019-cu il tarixindən sənədlərin qəbuluna başlanılıb.

AzEdu.az-ın məlumatına görə, ümumtəhsil fənn müəllimləri üzrə vakant yerlərə yalnız ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirərək dövlət nümunəli təhsil sənədi (diplom) alan və son iki il ərzində Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq keçid balı toplamış şəxslər müraciət edə bilərlər.

Namizədlər sənədləri (müraciət forması, şəxsiyyət vəsiqəsi və təhsil sənədi) sentyabr ayının 20-dək [email protected] elektron ünvanına təqdim etməlidirlər.