Azedu.az

İnternet-kriminalistika sistemlərinin təhlükəsizliyi problemləri araşdırılır

Elmi institut və təşkilatlar

30 Avqust 2019, 13:51
İnternet-kriminalistika sistemlərinin təhlükəsizliyi problemləri araşdırılır

AMEA İnformasiya Texnologiyaları İnstitutunda informasiya təhlükəsizliyi problemləri, xüsusən yeni istiqamət olan internet-kriminalistika və kiber-fiziki sistemlərin təhlükəsizliyi problemləri istiqamətində araşdırmalar aparılır.

İnstitutdan AzEdu.az-a verilən məlumata görə, informasiya təhlükəsizliyinin təmin olunması problemləri istiqamətində “E-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi metodları və modellərinin işlənməsi” mövzusunda araşdırmalar aparılıb, sosial şəbəkə məlumatlarının analizi metodu işlənilib, kompüter şəbəkələrinin monitorinqi üçün vizuallaşdırma modeli və qərar qəbulunu dəstəkləyən intellektual sistem yaradılıb.

ŞAD XƏBƏR! Maaşlar, pensiyalar artırılır! - Prezident tapşırıq verdi
Son xəbərlərDaha çox