
2018-05-02 15:43:24
Paytaxt məktəbində qeyri-adi sərgi – İstifadəsiz məişət əşyalarından düzəldilən əl işləri -FOTOLAR
Bu gün, ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə Xalid Quliyev adına 62 nömrəli məktəb-liseydə tədbir keçirilib.
AzEDU.az xəbər verir ki, tədbiri, giriş mətni ilə açan məktəb-liseyin direktoru Mətanət Cabbarova qeyd edib ki, bu cür tədbirlər təşkil etmək hər birimizin borcudur:
“Bizim ümummilli lider Heydər Əliyevə olan ehtiram və sevgimizi bildirməyimizin bir yolu da bunu gənc nəsil arasında təbliğ etməkdir. Bu gün məktəb kollektivi ilə vitse-prezident Mehriban xanım Əliyevanın “Hərəyə bir ağac əkək” və Heydər Əliyev Fondunun prezidenti Leyla Əliyevanın ekologiya ilə bağlı gördüyü işlərdən ilhamlanaraq, belə bir tədbir həyata keçirdik”.
Tədbirdə məktəb şagirdlərinin istifadəsiz məişət əşyalarından hazırlanan əl işlərinin sərgisi keçirilib. Sərgini təşkil etməkdə məqsəd Heydər Əliyev irsini davam etdirərək ekologiyanın qorunmasına və inkişafına öz töhfələrini verməkdir.
Tədbir iştirakçısı, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov mərasim iştirakçılarını salamlayıb və şagirdlərin yaradıcılıq işləri tanış olarkən necə fərəhləndiyindən danışıb. O, şagirdlərin erkən yaşlardan bu qədər yaradıcı və müasir olduqlarını, hələ erkən yaşlarından dövlətimiz üçün gözəl işlər gördüklərini təqdirəlayiq hesab edir.
Tədbirdə Nizami Rayon icra başçısı Arif Qasımov, Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, Bakı Şəhər Təhsil İdarəsinin rəhbəri Məhəbbət Vəliyeva, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Nizami rayonu üzrə ümumtəhsil məktəblərinin direktorları, deputatlar, sayt redaktorları və başqaları iştirak edib.

















Bu bölməyə aid digər xəbərlər
Zəlzələ bölgəsində sabahdan tədris qismən bərpa olunur
2023-03-26 12:32:00
124 saylı məktəbdə Novruz şənliyi - Direktorun uğursuz aktyorluğu - VİDEO
2023-03-24 22:00:00
Bakı məktəbliləri Özbəkistanda olub
2023-03-24 16:22:00
Özbəkistan Prezidenti Füzulidə tikilən məktəbin açılışına gələcək
2023-03-24 10:19:17
Vətən müharibəsi iştirakçıları məktəblərdə rəhbər vəzifəyə TƏYİN OLUNDU
2023-03-23 14:04:22
İtkin düşən 4 yeniyetmə tapıldı - YENİLƏNİB
2023-03-20 22:15:00
Vətən müharibəsi qazisi direktor təyin olunub
2023-03-20 10:19:06
Məktəbdə insident - Direktor müavini xəsarət aldı
2023-03-17 17:09:16
Məktəblərdə psixoloji xidmətin monitorinqi aparılır
2023-03-15 09:47:09
Bu məktəbdə kimya, fizika, biologiya, musiqi müəllimi yoxdur - PROBLEM
2023-03-14 12:40:00
kitabı
ÇOX OXUNANLAR
17 Mart 2023, 14:18
Sertifikasiyaya hazırlaşanların nəzərinə - İmtahanda bu əsərlər düşəcək - SİYAHI

22 Mart 2023, 11:05
Sertifikasiyanın nəticələri ilə razılaşmayan müəllim nə etməlidir? - Rəsmi CAVAB

17 Mart 2023, 17:12
İmtahana qumbaranı kim gətirib? - Təhsil ekspertindən AÇIQLAMA

17 Mart 2023, 11:39
İmtahanın çətinliyi ilə bağlı iddialar əsassızdır - DİM sədri

17 Mart 2023, 11:00
Uşaqlara bağçalarda verilən yeməklər... - Valideyn şikayətlənir, bağça müdirləri isə əksinə...

18 Mart 2023, 17:31
Doktoranturalar yaradılan təşkilatların siyahısı dəyişib

16 Mart 2023, 16:30
İnformatika imtahanına hazırlaşanlar üçün vəsaitə ENDİRİM

21 Mart 2023, 13:01
“Müəllimlər şagirdə sadəcə test əzbərləməyi öyrədir” - Deputatdan ETİRAZ

FACEBOOK