Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-02 14:51:12
Bu universitetlərin məzunları sıfır nəticə GÖSTƏRDİ - RƏSMİ  

Xəbər veridiyimiz kimi, DİM dövlət qulluğuna qəbulla bağlı müsabiqənin 22.04.2018-ci il tarixində keçirilən test imtahanında iştirak üçün qeydiyyatdan keçən şəxslərin bitirdikləri ali təhsil müəssisələri və təhsil səviyyələri üzrə statistik məlumatları açıqlayıb.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, keçirilən imtahanda ümumilikdə 47 ali təhsil müəssisəsinin məzunları iştirak ediblər. Universitetlər və institutlar üzrə məzunların uğur göstəriciləri isə fərqlidir.

Mingəçevir Poltexnik İnstitutunun imtahanda iştirak edən bakalavr təhsilli 32 və  magistratura təhsilli 15 məzunundan heç biri müsabiqədə uğur qazana bilməyib.

Azərbaycan Turizm İnstitutunun bakalavr təhsilli 15, magistratura təhsilli 11 məzunu müsabiqədə heç bir nəticə əldə edə bilməyib. 

İmtahanda iştirak edən Azərbaycan Universitetinin magistratura pilləsini başa vuran 6, Bakı Biznes Universitetinin isə 5 nəfər məzunu dövlət qulluğuna qəbulla bağlı müsabiqədə uğursuz olublar.

Qeyd edək ki, imtahanda daha çox Azərbaycan Dövlət İqtisad Universitetinin və Bakı Dövlət Universitetinin məzunları iştirak ediblər. Azərbaycan Dövlət İqtisad Universitetinin 319 məzunundan 137 nəfər (42.9%), Bakı Dövlət Universitetinin 273 məzunundan 145 nəfər (53.1%) imtahandan uğurla keçib. BDU-nun uğur əldə edən məzunlarından 34 nəfərinin, ADİU-nun uğur qazanan məzunlarından isə 66 nəfərinin magistr təhsili var.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları