Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan AzEdu.az-a verilən məlumata görə, Günəş fəallığı çox aşağı səviyyədə olub, geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakit qeydə alınıb.
Ümumiyyətlə, avqustun 17-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 1 faizdən aşağı qiymətləndirilir.