Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-14 14:57:00
 Direktor olmaq istəyənlərə hava-su kimi vacib sual –Cavabı AzEdu.az-da

 

Direktorların işəqəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi artıq yekunlaşıb. Bu mərhələdə 1 643 namizəd iştirak edib.

Növbəti etap isə DİQ-in  müsahibə mərhələsidir. Müsahibənin keçirilmə tarixi və qaydaları barədə məlumatlar namizədlərə göndəriləcək.

AzEdu.az müsahibə mərhələsində namizədlərə verilə biləcək sualları cavablamaqda davam edir:

Sual:

-Xüsusi təhsil müəssisələrində şagirdlər üçün ev tapşırıqlarının həcmi və uyğun olaraq yerinə yetirilmə vaxtı nə qədərdir?

Cavab:

AzEdu.az xəbər verir ki, Bu barədə məlumatlar Xüsusi təhsil müəssisələri haqqında əsasnamədə əksini tapıb. Əsasnaməyə görə, şagirdlər üçün ev tapşırıqlarının həcmi onların yerinə yetirilməsinə ayrılan vaxta görə müəyyənləşdirilir.

I siniflərdə ev tapşırığı verilmir.  II sinifdə ev tapşırığına ayrəlan vaxt 30-40 dəqiqə, III sinifdə 1 saatadək, IV-V siniflərdə 1,5 saatadək, VI-VIII siniflərdə 2 saat, IX-XII siniflərdə 2.5 saatdır.

Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Müsabiqəyə 472 vakant yer çıxarılıb.

Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları