AMEA İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” şəbəkəsinin imkanları genişləndirilir. Bu məqsədlə “AzScienceNet” şəbəkəsinə Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasının (GEANT) “EduGAIN” xidməti inteqrasiya ediləcək.
İnstitutdan AzEdu.az-a verilən məlumata görə, bu xidmət GEANT-ın “EapConnect” layihəsi çərçivəsində hazırlanmış NREN - Avropa milli tədqiqat və təhsil şəbəkələri ilə Avropa İttifaqı arasında ən böyük əməkdaşlıq layihəsidir.