Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-01 13:10:00
Azərbaycan Cümhuriyyətinin təhsil sahəsində qəbul etdiyi ən vacib qərar hansıdır? - SORĞU

1918-ci il mayın 28-də Şərqin ilk demokratik Respublikası Azərbaycan Cümhuriyyəti yaradılıb. Hər il may ayının 28-i Azərbaycanda Respublika Günü kimi qeyd olunur. Bu ay 100 yaşı tamam olacaq AXC-nin bir çox sahələrdə olduğu kimi, təhsillə bağlı da gördüyü xeyli vacib işlər, mühüm qərarlar olub.

AzEdu.az saytının növbəti sorğusu, məhz AXC ilə bağlıdır: Azərbaycan Xalq Cümhuriyyətinin təhsil sahəsində qəbul etdiyi ən vacib qərar hansıdır? 

Sorğuya qatılmaq istəyən oxuculardan xahiş olunur ki, AzEdu.az saytının əsas səhifəsindəki sağdan aşağıdakı sorğu panelindəki cavablara baxıb, səs versinlər.

Cavablar bunlardır:

1.Xaricə 100 tələbənin göndərilməsi

2.Bakı Dövlət Universitetinin yaradılması

3.Müəllimlərin sosial rifahlarının artırılması ilə bağlı verilən parlament qanunları

4.Türkiyə, Rusiyadan xeyli sayda müəllim və alimlərinin işləmək üçün Bakıya dəvət olunması

5.Latın əlifbasına keçid

6.Hökumət nazirləri və parlament üzvlərinin həm də müəllim kimi işləmələrinə icazə verilməsi