Azedu.az

Damcılı mağarasında arxeoloji qazıntılar aparılır

Elmi institut və təşkilatlar

31 İyul 2019, 11:26
Damcılı mağarasında arxeoloji qazıntılar aparılır

Qazax rayonunda yerləşən "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisindəki dünya əhəmiyyətli Damcılı mağarasında arxeoloji qazıntılar davam edir.

Tədqiqatlar AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu və Yaponiyanın Tokio Universiteti arasında imzalanmış üçtərəfli memoranduma əsasən aparılır.

AMEA-dan  bildirilib ki, qazıntıların aparılmasında məqsəd Daş dövrünə aid nümunələri əldə etməklə düşərgədə qədim insan məskəninin olduğunu, həmçinin burada yaşayan insanların gəlmə deyil, yerli sakinlər olduqlarını öyrənmək, eləcə də Neolit dövrü ilə Mezolit dövrü arasında olan əlaqəni müəyyənləşdirməkdir.

Arxeoloji tədqiqatlar Tokio Universitetinin professoru Yoşihiro Nişiakinin rəhbərliyi ilə aparılır. Qazıntılarda, həmçinin həmin universitetin üzvlərindən Çie Akaşi, doktorant Fumika İkeyama, Qədim Şərq Muzeyinin arxeoloqu Kazuya Şimoqama, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarından Mənsur Mənsurov, Yaqub Məmmədov, Ülviyyə Heydərova və Əjdər Babayev iştirak edirlər. (AZƏRTAC)

Biz müharibəyə hazırlaşırıq! - Prezident SƏFƏRBƏRLİK ELAN ETDİ
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox