Azedu.az

Meteohəssaslar üçün XƏBƏR

Elmi institut və təşkilatlar

31 İyul 2019, 09:29
Meteohəssaslar üçün XƏBƏR

AzEdu.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanası gözlənilən kosmik hava proqnozunu açıqlayıb.

Rəsədxanadan bildirilib ki, geomaqnit sahə ümumən çox sakitdir. Sabah da Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

Enerjili elektron selinin də normal səviyyədə qalacağı proqnozlaşdırılır.

Sabah Günəş küləyi parametrlərinin ümumən sakit rejimə uyğun olacağı, fasilələrlə azacıq güclənəcəyi gözlənilir.

Maqnit qasırğasının yaranması ehtimalı isə 1%-dən aşağı qiymətləndirilir. (Trend)

ŞAD XƏBƏR! Maaşlar, pensiyalar artırılır! - Prezident tapşırıq verdi
Son xəbərlərDaha çox