Azedu.az

Alimlərdən maqnit qasırğası xəbərdarlığı

Elmi institut və təşkilatlar

30 İyul 2019, 22:26
Alimlərdən maqnit qasırğası xəbərdarlığı

Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanası gözlənilən kosmik hava proqnozunu açıqlayıb.

Rəsədxanadan  AzEdu.az-a  verilən məlumata görə,  geomaqnit sahə ümumən çox sakitdir. Sabah da Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

Enerjili elektron selinin də normal səviyyədə qalacağı proqnozlaşdırılır.

Sabah Günəş küləyi parametrlərinin ümumən sakit rejimə uyğun olacağı, fasilələrlə azacıq güclənəcəyi gözlənilir.

Maqnit qasırğasının yaranması ehtimalı isə 1%-dən aşağı qiymətləndirilir.

ŞAD XƏBƏR! Maaşlar, pensiyalar artırılır! - Prezident tapşırıq verdi
Son xəbərlərDaha çox