Azedu.az

Yaşıl və inklüziv inkişafda İKT-nin tətbiqi istiqamətləri araşdırılıb

Elmi institut və təşkilatlar

30 İyul 2019, 16:24
Yaşıl və inklüziv inkişafda İKT-nin tətbiqi istiqamətləri araşdırılıb

AMEA İnformasiya Texnologiyaları İnstitutunda yaşıl və inklüziv inkişafda İKT-nin tətbiqi istiqamətləri araşdırılıb.

İnstitutdan bildirilib ki, bu barədə şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev növbəti elmi seminarda məlumat verib.

Şöbə müdiri qeyd edib ki, cəmiyyətdə inkişafın həm ekoloji, həm də inklüzivlik səviyyəsinin qiymətləndirilməsində və yüksəldilməsində bütün vasitələrdən, o cümlədən ən müasir innovativ texnologiya olan İKT-dən maksimum yararlanmaq aktual və əhəmiyyətli bir məsələdir. Bu məqsədlə hazırkı dövrdə regionda iqtisadi inkişafın inklüzivlik və ekoloji səviyyəsinin təhlili, qiymətləndirilməsi və yüksəldilməsində İKT vasitələrinin tətbiqi problemlərinin həllinin bir neçə mərhələdə həyata keçirilməsi zəruridir.

Məruzəçi xatırladıb ki, Azərbaycan 2018-ci ildə Dünya İqtisadi Forumunun inklüziv inkişaf indeksində inkişaf edən ölkələr arasında üçüncü yeri tutub, MDB-də isə lider olub. (AZƏRTAC)

Biz müharibəyə hazırlaşırıq! - Prezident SƏFƏRBƏRLİK ELAN ETDİ
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox