Bakı Dövlət Universiteti 100 illik yubileyi münasibətilə “BDU fotolarda” adlı fotoşəkil müsabiqəsi elan edir.
AzEdu.az müsabiqənin şərtlərini təqdim edir:
- Fotolar universiteti əks etdirməli, orijinal və məzmunlu olmalıdır;
- Fotolar aydın və keyfiyyətli olmalıdır;
- İştirakçılar müsabiqəyə ən çox 3 foto göndərə bilərlər;
- İnternetdə, saytlarda, həmçinin kitablarda istifadə edilmiş fotolar müsabiqədə iştirak etməyəcəkdir.
Fotolar 2019-cu ilin sentyabrın 30-na kimi [email protected] ünvanına “mövzu” yerinə “foto-müsabiqəyə” qeyd edilməklə göndərilməlidir. Qeyd olunan tarixdən gec göndərilən foto-şəkillərə baxılmayacaqdır.