Azedu.az

Ədəbiyyat İnstitutu anlaşma memorandumu imzaladı

Elmi institut və təşkilatlar

26 İyul 2019, 21:17
Ədəbiyyat İnstitutu anlaşma memorandumu imzaladı

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Avrasiya Türk Araşdırmaları İnstitutu arasında “Akademik və tədqiqat əməkdaşlığı sahəsində” anlaşma memorandumu imzalanıb.

İnstitutdan AzEdu.az-a verilən məlumata görə, imzalanma mərasimindən öncə çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli belə əməkdaşlıq müqavilələrinin qarşılıqlı münasibətlərin inkişafına töhfə verəcəyini söyləyib.

Sonra Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru, UNESKO-nun Orta Asiya ölkələri üzrə təmsilçisi Eunkyung Oh əməkdaşlıqdan məmnunluğunu bildirib, Azərbaycan ədəbiyyatının Koreya dilinə kütləvi şəkildə tərcüməsinin önəminə toxunub.

Anlaşma memorandumunu İsa Həbibbəyli və Eunkyung Oh imzalayıblar.

Biz müharibəyə hazırlaşırıq! - Prezident SƏFƏRBƏRLİK ELAN ETDİ
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox