Azedu.az

Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edildi

Ali təhsil

26 İyul 2019, 20:11
Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edildi

Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilib.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, müsabiqədə DİN-in Polis Akademiyasına qəbul olmaq üçün mandatdan keçib III ixtisas qrupu üzrə imtahan verən, lakin test imtahanının nəticəsinə əsasən, müsabiqədən keçməyən 200 və daha yuxarı bal toplamış abituriyentlər iştirak edə bilər.

 

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər iyulun 27, 29, 30 və 31-də DİN-in Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı ş., Binəqədi rayonu, Q.Musabəyov küç.,4) müraciət etməlidirlər.

Ərdoğanın partiyasında təmizləmə əməliyyatı - Saxlanılanlar var
Son xəbərlərDaha çox