AMEA-nın Yüksək Texnologiyalar Parkına Dövlət Gömrük Komitəsinin ixrac əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilib.
AMEA-dan AzEdu.az-a bildirilib ki, bu qərar Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın 2.3-cü bəndinə əsasən verilib.