Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkına Dövlət Gömrük Komitəsinin “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilib.
Akademiyadan Trend-ə verilən məlumata görə, AMEA-nın Yüksək Texnologiyalar Parkına “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ Dövlət Gömrük Komitəsinin sərəncamı ilə ixrac əməliyyatları üzrə verilib.
Bu qərar Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın 2.3-cü bəndinə əsasən verilib.