Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-12 13:48:00
2019-cu il qəbul imtahanlarının ən gənc və ən yaşlı abituriyenti - Birinin 15, digərinin isə...

 

2019-cu ildə keçirilən qəbul imtahanlarında iştirak edən ən yaşlı abituriyentin 56, ən gəncin isə 15 yaşı olub.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Məlumatda qeyd olunur ki, imtahanlarda iştirak etmək üçün ərizəsini təsdiqləyən abituriyentlərdən ən yaşlısı 1963-cü, ən gənci isə 2004-cü ildəndir.

Xatırladaq ki, 2019-cu ildə keçirilən qəbul imtahanları iyulun 7-dən etibarən başa çatıb.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları