Azedu.az

Yüksək Texnologiyalar Parkına yeni rezident qəbul olunub  

Elmi institut və təşkilatlar

5 İyul 2019, 10:31
Yüksək Texnologiyalar Parkına yeni rezident qəbul olunub  

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkına (YTP) yeni rezident qəbul olunub.

YTP-dən AzEdu.az-a verilən məlumata görə, Ekspertlər Şurasının müsbət rəyi nəticəsində uzunmüddətli innovativ layihəli “İNKOR” MMC AMEA-nın Yüksək Texnologiyalar Parkının rezident statusunu alıb ki, bununla da YTP-nin rezidentlərinin sayı 11-ə çatıb.

Qeyd edək ki, YTP rezidentlərinə qanunvericiliyə müvafiq olaraq vergi və gömrük güzəştləri tətbiq olunur, onlara əlverişli infrastruktur şəraiti yaradılır, torpaq, istehsal sahələri, anbar və s. təqdim edilir, hüquq, mühasibat, marketinq, mühafizə, internet, konsaltinq və digər xidmətlər göstərilir.

Biz müharibəyə hazırlaşırıq! - Prezident SƏFƏRBƏRLİK ELAN ETDİ
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox