Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-26 16:24:00
Bu kosmik layihə trilyonlarla dollar gəlir gətirəcək - Tarixdə ilk

Dünya tarixində dəyəri  trilyonlarla ölçülən gəlirlər ilk dəfə kosmosda qazanılacaq.

AzEDU.az xəbər verir ki, bu proqnoz ABŞ-ın investisiya bankı “Qoldman Saçs”a məxsusdur.

“Qoldman Saçs”dan bildirilib ki, asteroid mədənçiliyi istiqamətində ilk inqilab edə bilən şirkət, arzuladığından daha çox sərvətə sahib olacaq.

Dünya təcrübəsində, qiymətli materiallar üzərində mədənçilik fəaliyyətini reallaşdırmaq üçün bir çox maneə var. Lakin eyni zamanda, dünyanın bir çox şirkətləri asteroid mədənçiliyindən trilyonlar qazanacaqlarına əmin olduqları üçün bu fəaliyyət istiqamətində əllərindən gələni əsirgəmirlər.

Məsələ ilə bağlı danışan Lüksemburqun baş naziri Etienne Skneyder bunları deyib:

“Özəl şirkətlərin bu məsələ ilə bağlı inqilab etmələri kosmik mədənçiliyin yaranmasına səbəb olacaq. Məqsədimiz, asteroidlər, ay və bu kimi göy cismlərinin mənbələrini axtarmaq və kommersiyadan yararlanmaqdır”.