AzEdu.az xəbər verir ki, yay məktəbində müxtəlif elm və təhsil müəssisələrinin gəncləri bir sıra elmi-intellektual və əyləncəli tədbirlərdə iştirak etməklə, arxeologiya elminin problemlərinə dair interaktiv mühazirələri dinləmək imkanı qazanacaqlar. Respublikada və dünyada arxeologiya sahəsində aparılan tədqiqatların nəticələrinə dair müzakirələrə gənclərin cəlb olunması tədbirin əsas məqsədidir. Yay məktəbinin gedişində üç elmi panel üzrə konfransın keçirilməsi də planlaşdırılır.
Bundan başqa, tədbirdə iştirak edən gənclər üçün dünyanın sivilizasiya tarixi və mədəniyəti üçün böyük əhəmiyyət kəsb edən “Leylatəpə” arxeoloji mədəniyyətinə aid “Qala yeri” abidəsində çöl tədqiqatlarının aparılması nəzərdə tutulub.