Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
AzEdu.az-ın xəbərinə görə, iclası giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdə yer alan məsələlər haqqında məlumat verib.
İclasda Rəyasət Heyətinin qərarı ilə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Samir Məmmədov "AMEA Yüksək Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin infrastruktur üzrə direktor müavini təyin olunub..