Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin bu gün keçirilən iclasında “AMEA Ümumi yığıncağının 1 may 2019-cu il tarixli qərarının icrası ilə bağlı Tədbirlər planı” müzakirə edilib.
AzEdu.az-ın xəbərinə görə, müzakirə zamanı bildirilib ki, AMEA-nın may ayında keçirilən Ümumi yığıncağında Rəyasət Heyətinə 2019-cu ildə akademiyada icrası zəruri olan bir sıra tapşırıqlar verilib. Həmin tapşırıqların həyata keçirilməsi üçün AMEA Rəyasət Heyəti üzvlərinin, aparatın aparıcı struktur bölmələri və elmi bölmələrin iştirakı ilə müvafiq təkliflər və Tədbirlər planı hazırlanaraq Rəyasət Heyətinə təqdim olunduğu bildirilib.
İclasda məsələ ilə bağlı müzakirədən sonra tədbirlər planı təsdiqlənib. Sənəddə nəzərdə tutulmuş işlərin həyata keçirilməsi ilə bağlı zəruri elmi, elmi-təşkilati və digər tədbirlərin görülməsi məqsədilə tapşırıqlar verilib.