
Azərbaycanda qeyri-millətlərdən olanlar üçün bir sıra təhsil ocaqları fəaliyyət göstərir. Belə təhsil müəssisələrindən biri də Bakıda yerləşir. Paytaxtın Xətai rayonunda yəhudilərin ayrıca “Xabad Or-Avner” adlı orta məktəbi fəaliyyət göstərir.
Bəs orada kimlər təhsil ala bilər? Bakıdakı “Xabad-Or-Avner” yəhudi məktəbində tədris hansı dildə keçirilir və orada şagirdlərə hansı fənnlər tədris edilir?
AzEDU.az xəbər verir ki, məsələ ilə bağlı Dağ Yəhudiləri Dini İcmasının sədri Melix Yevdayev Modern.az-a açıqlama verib.
Melix Yevdayev Xətai rayonunda yerləşən “Xabad Or-Avner” adlı orta məktəblə bağlı bildirib ki, orada tədris Azərbaycan Təhsil Nazirliyinin proqramında nəzərdə tutulan qaydada aparılır: “Amma həmin orta məktəb yəhudi təmayüllüdür. Dərslər isə rus dilində keçirilir. Orada təhsil alan şagirdlərə Tövratı oxumağı, yəhudilərin min illər ərzində qoruyub saxladığı adət-ənənələri öyrədirlər. Həmin məktəbdə ancaq yəhudilər oxuya bilər. Başqa millətdən olan şəxslər isə həmin məktəbdə təhsil ala bilməzlər”.
Qeyd edək ki, “Xabad-Or-Avner” yəhudi orta məktəbi 2010-cu ildə Heydər Əliyev Fondu və “Or-Avner” Fondu tərəfindən inşa edilib.
kitabı







