Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-17 17:56:00
Riyaziyyat və Mexanika İnstitutunda bolqarıstanlı alimin məruzəsi dinləniləcək

İyunun 19-da Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda növbəti elmi seminar keçiriləcək.

İnstitutdan  verilən məlumata görə, seminarda Bolqarıstanın Riyaziyyat və İnformatika İnstitutunun akademiki Blaqovest Xrista Sendovun “Kompleks çoxhədlilər üçün ekstremal məsələlər” mövzusunda məruzəsi dinləniləcək.

Məruzə kompleks çoxhədlilər üçün ekstremal məsələlərin həllinə həsr olunacaq. (Azərtac)