Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-24 16:33:59
Görmə məhdudiyyətli şəxslər üçün inqilabi tapıntı – Onlar da hamı kimi oxuyacaqlar

Yaponiyada görmə məhdudiyətli şəxslər üçün əlifbanın hərfləri ilə brayl əlifbası birləşdirilir.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki. bu dizayn növü ilə indiyədək rastlaşmadığınız bir yeniliklə tanış olmaq mümkündür.

Yapon dizayner Kosuke Takahaşi, gözləri görən və ümumiyyətlə, görməyən hər kəsin bərabər şəkildə istifadə edə biləcəyi yeni yazı üsulu tapıb.

24 yaşındakı dizaynerin yeni Brayle Neue adını verdiyi bu dizaynda ingilis və yapon hərflərinin üzəri brayl əlifbasındakı ekvivalentləri ilə örtülüb. Takahaşinin məqsədi ictimai yerlərdə Brayl əlifbasına daha çox rastlamaqdır. Əksər insanlar brayl əlifbasını bilmədiyindən, bu yeni yazı növü görmə məhdudiyyətli şəxslər arasında sürətlə yayılacaq.

Takahaşinin ən böyük arzusu isə 2020-ci il Tokio Olimpiadaları və Paralimpiya Oyunlarına qədər bu dizaynın standartlaşdırılmasını təşkil edib bu işi tamamlamaqdır.