Azedu.az

Sertifikasiya balından razı olmayanlar müraciət edəcək

AzEdu Təhsil Platforması

18 İyun 2026, 17:28
Sertifikasiya balından razı olmayanlar müraciət edəcək

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü yekunlaşıb

Bu barədə AzEdu.az-a MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü yekunlaşıb.

Test imtahanında 3548 nəfər müəllim iştirak edib, 98% davamiyyət qeydə alınıb.

Bildiririk ki, bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 19 iyun saat 12:00-dan etibarən start veriləcək.

Proses və nəticələrlə bağlı hər hansı narazılığı və ya şikayəti olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Qeyd edək ki, müraciətlərin qəbulu 19 iyul saat 12:00-a qədər davam edəcək. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.
 

Moskvanı qara duman bürüdü - Putin Kazana qaçdı
Son xəbərlərDaha çox