Azedu.az

“Yenidən direktor seçilmək üçün namizədliyimi verəcəyəm” - Misir Mərdanov

Elmi institut və təşkilatlar

11 İyun 2019, 17:55
“Yenidən direktor seçilmək üçün namizədliyimi verəcəyəm” - Misir Mərdanov

“Əlbəttə ki, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna yenidən direktor seçilmək üçün namizədliyimi verəcəyəm”.

AzEdu.az xəbər verir ki, bunu “Report”a açıqlamasında institutun səlahiyyət müddəti başa çatmışdirektoru, sabiq Təhsil naziri Misir Mərdanov deyib.

O, direktor vəzifələrinin tutulması üçün seçkilərin keçirilməsi haqqında verilən elandan xəbərsiz olsa da, öz namizədliyini irəli sürəcəyini qeyd edib.

“Sizin direktor kimi səlahiyyət müddətiniz başa çatıb, hazırda iş başındasınızmı?” sualına cavabında M.Mərdanov “Başa düşmürəm, siz məni işdən çıxarmaq istəyirsiniz? Başqa harada olmalıyam?” deyib.

O, səhhətinin normal olduğunu da əlavə edib.

Qeyd edək ki, bu il M.Mərdanovun 73 yaşı tamam olacaq.

Xatırladaq ki, namizədlərin irəli sürülməsinə dair müvafiq sənədlər (2 nüsxədə) iyulun 11-dək AMEA-nın müvafiq elmi bölməsinə (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30) təqdim edilməlidir.

Biz müharibəyə hazırlaşırıq! - Prezident SƏFƏRBƏRLİK ELAN ETDİ
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox