Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-23 17:53:55
Azərbaycanlı alim məqaləsi ilə elm aləmində yenilik etdi

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) inşaat mexanikası kafedrasının professoru Sabir Quliyevin məqaləsi “Web of Science” bazasının ən yüksək impakt faktorlu (İF 1.128) jurnallarından birində dərc edilib.

AzEdu.az  xəbər verir ki, “Springer” beynəlxalq nəşriyyatı tərəfindən yüksək impakt faktorlu jurnalda dərc edilən məqalədə elm aləminə yenilik təqdim olunur.

“Çoxbucaqlı lövhənin məxsusi rəqs tezliyinin tapılmasının bir üsulu” adlı məqalədə baxılan məsələ sahəsində indiyə kimi mövcud olan həllər məşhur dünya alimləri Ritss, Qalyorkin, Reley, Leybenzon, Timoşenko və onların davamçılarının adları ilə bağlıdır. Professor S.Quliyev təklif etdiyi həll nəticəsində çoxbucaqlı - çoxrabitəli löhvələrin rəqs tezliyi asanlıqla tapılır. Belə ki, indiyə qədər əsrlər boyu mövcud olan həllərdəki Bassel tənliklərinin həllinə, maksimum kinetik və potensial enerjilərin tapılmasına ehtiyac qalmır. Bu cür yanaşma elm aləmində ilk dəfə təklif olunur.