Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-23 17:28:48
Rusiyadakı akademiya azərbaycanlı tələbələrə yer ayırdı

Rusiyanın Kursk Dövlət Kənd Təsərrüfatı Akademiyası (KDKTA) azərbaycanlı gənclərin təhsil alması üçün 25 yer ayırıb.

AzEDU.az “Report”a istinadən xəbər verir ki, bu barədə razılıq Akademiya rəhbərliyi ilə yerli Azərbaycan diasporu arasındakı əməkdaşlıq çərçivəsində əldə olunub.

Kursk vilayəti üzrə Azərbaycan diasporunun rəhbəri Qasım Kərimovun sözlərinə görə, təhsil sahəsində əməkdaşlıq üzrə işlər 2015-ci ildən həyata keçirilir:

"Təxminən, iki il danışıqlar gedib. Onlardan azərbaycanlı uşaqları da müəyyən təhsil proqramlarına daxil etmələrini xahiş etmişdim. Ötən il KDKTA-ya Azərbaycandan bir tələbə yazdıra bildik. Bu il isə Akademiyadan mənə bildiriblər ki, xahişimizi nəzərə alıb, azərbaycanlı tələbələrin qəbulu üçün 25 yer vermək qərarına gəliblər".

Diaspor rəhbəri vurğulayıb ki, təhsil ödənişsiz olacaq, üstəlik, zərbəçi və əlaçılara təqaüd ödəniləcək.