Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-23 15:42:34
DİM Bərdədə hazırlıq kursları təşkil edəcək

DİM 28-29 aprel 2018-ci il tarixdə Bərdə şəhərində Azərbaycan dili, riyaziyyat və coğrafiya fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları təşkil edəcək.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi 28-29 aprel 2018-ci il tarixdə Bərdə şəhəri 8 nömrəli tam orta məktəbdə (Heydər Əliyev prospekti, 155) Azərbaycan dili, riyaziyyat və coğrafiya fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları təşkil edəcək.

Qeyd edək ki, hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçən, yeni proqramlarla (kurikulumlar) məlumatlı olan, ixtisası müvafiq fənlərə uyğun olan müəllimlər, metodistlər, pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak edə bilərlər.