Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-22 16:38:07
Təhsilli anaların övladları daha çox yaşayır

Təhsili olan qadınların övladları şanslıdırlar. Onlar yaxşı qidalanır və yaxşı təhsil alırlar. Təhsilsiz bir ana isə uşaqlarına yaxşı baxa bilməz. Lakin, təəssüflər olsun ki, təhsilsiz anaların sayı, hər il 2% artır.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, faiz dərəcəsinin az görünməsinə baxmayaraq, bu artımla hər il milyonlarla təhsilsiz analar cahillər ordusuna qatılır.

Araşdırmalara əsasən, təhsili olan anaların uşağının beş yaşından sonra həyatda qalma ehtimalı da digərlərinə nisbətən 50% çoxdur.

Təhsilsizliyin bütün dünyada müxtəlif səbəbləri ola bilər. Fəlakətlər, doğuş zamanı baş verən ölümlər, qadınlara qarşı önyarqı ( bütün dünyada qadınların üçdə ikisi oxuma - yazma bilmir), epidemiya, yoxsulluq, təhsilə ehtiyac görülməməsi, cəmiyyətin müdaxiləsi, regional münaqişələr, cahilliyin artmasına səbəb olan amillərdən bəziləridir.

Qeyd edək ki, getdikcə həyat tərzimizin dəyişməsi də təhsildə bir sıra nöqsanlara yol açır. Belə ki, kitabçıların sayı azalır və kitabxanalarda oxuma vərdişi yox olaraq, yerini elektron cihazlara verir.