Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-23 16:45:00
Universitet rektoru vəzifəsindən istefa verdi

Yerevan Dövlət Universitetinin (YDU) rektoru Aram Simonyan tutduğu vəzifədən istefa verib.

AzEdu.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə universitetin mətbuat katibi Gevorq Emin-Teryan “Facebook” səhifəsində yazıb.

Qeyd edək ki, 2015-2018-ci illərdə universitetin 18 əməkdaşı Ermənistandan kənarda uzun müddətə müalicə olunublar. İstintaq onların adlarının faktiki işdə olan kimi qeydə alındığını aşkarlayıb. Universitet rəhbərliyinin bir sıra sui-istifadə halları aşkarlandığına dair xəbər yayılmışdı. Aparılan yoxlamalar nəticəsində YDU-nun fonduna, təxminən, 1,6 milyon dollar məbləğində ziyan dəydiyi məlum olub.

Xatırladaq ki, cari ilin fevralında YDU tələbələri rektor Aram Simonyanın istefasını tələb ediblər.