Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-21 14:34:56
İnternetdən ən çox bu ölkədəki şagirdlər istifadə edirlər

 

15 yaşa qədər olan  şagirdlərin 2012-ci ildən bu günədək olan internet asılılıqları araşdırılıb.

AzEDU. az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı hazırlanan hesabata görə, şagirdlərin  internetə sərf etdikləri zaman müddəti əvvəlki illərə nisbətən  29% artıb.

Belə ki, 2015-ci ildə internetdə həftə ərzində keçirdikləri vaxt 21 saat idisə, hazırda bu, 29 saatdır. Anlaşılan odur ki, telekommunikasiya texnologiyalarının sürətli inkişafı  yeniyetmələrin də onlayn dünyaya olan marağını artırıb. Hesabatda pedaqoji elmlərlə internet asılılığının arasında diqqətçəkən əlaqə olduğu aşkarlanıb.

Kasıb şagirdlər internetdən daha çox istifadə edirlər. Araşdırmaya əsasən, onlar varlılarla müqayisədə internetdə  iki saat çox vaxt keçirirlər.  Dünyanın 35 ölkəsində vəziyyət belədir. Qəribəsi isə odur ki, internetdən məktəb xaricində istifadə edən məktəblilərin pedoqoji fənlərdən ortalama balı daha aşağıdır. Amma dərs saatlarında internetdə keçirilən vaxt daha çox təhsil məqsədli olduğuna görə müvəffəqiyyət dərəcəsini artırır.  İnternetdən heç vaxt istifadə etməyən şagirdlərin isə uğursuz olduqları məlum olub. Şagirdlərin internetdən ən az istifadə etdikləri ölkə isə Cənubi Koreyadır. Burada şagirdlər orta hesabla həftədə 15 saat intternetlə məşğul olur. İsveç məktəblilərin ən çox (həftədə 40 saat) onlayn aləmdə vaxt keçirdiyi ölkə kimi tarixə düşüb. Sonrakı yeri isə həftə ərzində 35-dən çox saatla Danimarka, Kosta Rika, Avstraliya tutub.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları