Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-19 17:21:00
"Situasiya tipli tapşırıqlar çox maraqsız idi" - Qəbul imtahanından VİDEOREPORTAJ

Mayın 19-da II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. 

İmtahanda abituriyentlərə bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə II qrupda riyaziyyat, coğrafiya və tarix fənləri üzrə, III qrupda isə Azərbaycan dili, ədəbiyyat və tarix fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilib. Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir.

Qeyd edək ki, bu ildən etibarən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul yeni qaydalar əsasında keçirildiyinə görə sualların yazılı və şifahi izahatı artıq DİM-in sosial şəbəkə kanalları vasitəsilə verilir.

AzEdu.az II və III ixtisas qrupları üzrə qəbul imtahanından videonu təqdim edir.