Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-19 10:23:00
Nüvə silahları - Yeri məhv olmaqdan qoruyan SON ümid

 

Yer kürəsinin hər tərəfdən kosmosla əhatə olunduğu heç kəsə sirr deyil. Kosmos isə özlüyündə həm də sərhədləri məlum olmayan bir məkandır.

Alimlərin əksəriyyəti də onun sərhərlərini olmadığını iddia edir. Kosmosda bizim planet kimi sonsuz sayda cisim hərəkət edir. Bu cisimlər o qədər xaotik hərəkət edir ki, elə bu cisimlərin sonsuz sayda çarpışması da baş verə bilir. Bu cisimlərdən biri də asteroiddir. Asteroidləri həm də “kiçik planetlər” adlandırılar.

 Alimlərin hesablamalarına görə milyonlarla asteroid yerin atmosfer qatında yanaraq parçalanır və toza çevrilərək Yerin torpaq qatını artırır. Bu asteroidlər Yerin torpaq qatını su və digər kimyəvi elementlərlə zənginləşdirir. Biz onlarla nəfəs alır və çox zamanın onların bəhrəsindən qidalanırıq.

 Bəs o zaman “Hansı təhlükədən söhbət gedə bilər” sualı ortaya çıxır. Məsələ burasındadır ki, bu asteroidlərin Yerin atmosfer qatında yanmasının səbəbi onları həcminin kiçik olması ilə əlaqəlidir. Yəni daha böyük olanların yerin səthi ilə çarpışması təhlükəsi hər zaman var. Bu təhlükə isə bizə qədim əcdadlarımız dinozavrların taleyini yaşada bilər. Təbii ki, bu heç kimə xoş gəlməz. Elə nümunə üçün 2013-cü ildə Çelyabinsk səmasında xoşbəxtlikdən özü partlayan asteroidi göstərmək olar.  Xatırladaq ki, asteroid havada partlasa da, partlayış zərbəsi evlərin və obyektlərin şüşələrini sındırmışdı.

 Ona görə də alimlər rəsədxanalardan demək olar ki, fasiləsiz olaraq kosmosu müşahidə edir və belə təhlükə yarada biləcək asteroidləri qeydiyyata alırlar. Onlar daima nəzarətdə saxlanılır. Gələcəkdə bu cisimlərin Yer kürəsi ilə çarpışmasının qarşısı alınması üçün indidən müxtəlif ssenarilər üzərində işlər aparılır.

Bu ssenarilərdən biri də onlara qarşı nüvə sialhından istifadə edilməsidir. Bu mövzu müxtəlif “Hollivud” filmlərinin ilham mənbəyi olub.

Bunlarda biri də elmi dairələrdə ciddi müzakirələrə səbəb olmuş “Armagedon” filmidir. Bu filmin müzakirə səbəbi onun hazırlanmasında buraxılan gülməli elmi səhvlərdir. Biz buna qayıtmaq istəmirik.

Burada əsas məsələ yəni təhlükə obyektlərinin nüvə başlığı və ya gücü ilə aradan qaldırılmasıdır. Xüsusən də günümüzdə bu risklərin daha ciddi dəyərləndirilidiyi bir zamanda.

Xarici elmi jurnallarda artıq bu mövzuda ciddi elmi diskusiyalar aparılır.

 AzEDU.az-ın xəbərinə görə, “Acta astronautica” jurnalında veilən məqalədə alimlər “HAMMER” (hipersürətlə hərəkət edən asteroidlə çarpışmanın qarşısını təcili ala biləcək) kosmik gəminin konsepsiyasını veriblər. Bu gəminin əsas funksiyası təhlükəli asteroidləri təhlükəsiz məsafəyə yönəltmək ən pis məqamda isə filmdəki kimi asteroidə nüvə başlığının çatdırılmasını həyata keçirmək olacaq.

 

 

Digər elmi jurnallarda isə yeni bir metod oxuculara təqdim olunub. Bu metodda alimlər kiçik göy cisimlərinin üzərinə lazer vasitəsi ilə nüvə partlayışlarını imitasiya edirlər.

 

Alimlər bütün bu tədbirlərin görülməsi üçün asteroidlərin mümkün qədər öncədən aşkarlanması və nəzarətə götürülməsi ilə yanaşı, ona qarşı çox öncədən planlı mübarizəyə başlanmasının vacibliyini vurğrlayırlar.

 

“HAMMER” layihəsinə başçılıq edən “Merilend” universitetində aerokosmik sistemlərin layihəçisi Brent Barbi sınaqlar və hesablamalar üçün 500 metrlik “Bennu” asteroidini nəzarətə götürüb. Qeyd edək ki, bu asteroidə bir neçə aydan sonra NASA-nın “OSIRIS-Rex”(bu gəmi “Bennu” asteroidi üçün təhciz olunub) kosmik gəmisi yaxınlaşacaq. Bu asteroidin 2135-ci ilin sentyabrın 25-də Yer kürəsi ilə çarpışması ehtimalı var. Ehtimal 1/2700 olsa da, bu asteroid üçün çox böyük bir ehtimaldır. Hesablamalara görə əgər çarpışma baş verərsə, o zaman Xirosimada partladılan nüvə silahından 80 000 dəfə daha çox enerji istehsal olunacaq.

 

Barbinin sözlərinə görə onun partladılması yalnız “B” planıdır, əsas “A” planı isə asteroidi “çəkicləmək”lə onun hərəkət trayektoriyasının dəyişdirilməsidir. Bunun üçün bir neçə on il öncədən asteroidə doğru 9 metrlik “HAMMER” gəmiləri buraxılacaq. Bu gəmilər bir-birinin ardınca asteroidlə çarpışaraq yaranan kinetik enerji ilə trayektoriyanı dəyişməyə xidmət edəcək. Bunun üçün əgər 25 il əvvəldən bu prosesə başlanılsa, 7 və 11 arası sayda gəmi kifayət edəcək.

 

“Yox əgər 10 il qalmış başlanılsa o zaman bu gəmilərdən yüzlərlə lazım olacaq. Bu isə sadəcə Bennunun trayektoriyasını cüzi dəyişməyə bəs edəcək” - Lourens adına Livermorsk milli laboratoriyasının fiziki Meqan Bruk Seyel belə bildirib.

 

“B” planı isə asteroidin yaxınlığında bir neçə nüvə silahı partlatmaqdan ibarətdir. Bu partlayış onun səthini dağıdacaq və trayektoriyasının dəyişdirəcək.

 

Rus hesablamalarında göstərilib ki, lazer üsulu ilə təqribən 200 metrlik asteroid bir neçə on metrlik hissələrə bölünərsə, bu zaman zərər minimuma enər. Bunun üçün Yerdən 13 milyon km məsafədə üç meqatonluq nüvə partlayışı kifayət edəcək.

 

Həmçinin alimlər asteroidlərin zəif yerlərinin nüvə silahı ilə vurularaq partladılmasını təkli edirlər. Bu özlüyündə riskli olsa da bunun üçün 15 gün əvvəldən buraxılan gəmi işi həll edə bilər. Beləliklə nüvə silahı son çarə kimi qalmaqda davam edir.