https://www.zirve.edu.az/
02.05.2019 15:27
MİQ-ə hazırlaşan müəllimlər üçün sınaq imtahanları keçiriləcək  
Çap et

May ayının 16-dan etibarən, Müəllimlərin işə qəbulu müsabiqəsi üçün sınaq imtahanının keçirilməsi nəzərdə tutulub.

AzEdu.az xəbər verir ki, imtahan ixtisas sualları əsasında keçiriləcək. Yerlər məhdud olduğu üçün sınaq imtahanına dəvət qeydiyyat sırasına əsasən aparılacaq. İmtahanda iştirak ödənişsizdir.

Sınaq imtahanı Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən İqtisad universitetinin Gənclik korpusunda keçiriləcək.

Qeyd edək ki, elektron qeydiyyat ilə bağlı məlumat yaxın günlərdə veriləcək.

Günel Yaşarqızı
Müəllifin digər yazıları