Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-15 16:34:35
“Kosmosu mənə göstər” müsabiqəsinin nəticələri açıqlanıb

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq – Gənclər İnkişaf Mərkəzi (RUGİM), Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Tusi-Bohm Planetariumun birgə təşkilatçılıgı ilə “Kosmosu mənə göstər” müsabiqəsinin nəticələrinə həsr olunan tədbir keçirilib.

AzEDU.az xəbər verir ki, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında baş tutan tədbiri rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq məktəblilər arasında bu cür müsabiqələrin keçirilməsinin əhəmiyyətindən danışıb.

Bildirib ki, uşaq və yeniyetmələrdə astronomiyaya dair dünyagörüşün formalaşdırılması onların gələcək inkişafında mühüm rol oynayacaq.

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı di­rek­toru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev çıxış edərək ölkəmizdə elmin inkişafı istiqamətində dövlət siyasətindən, həyata keçirilən layihələrdən danışıb:

“Respublikamızda digər sahələrdə olduğu kimi elm sahəsində də davamlı inkişaf mövcuddur. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu hər il müxtəlif elm sahələri üzrə müsabiqə və layihələr həyata keçirir. Məqsəd ölkəmizdə elmin inkişafını və təbliğini təmin etməkdir”.

Daha sonra çıxış edən  Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam İlham Səfərli tədbir iştirakçılarına 1987-ci ildə Moskva şəhərində yerləşən Kosmonavtların Hazırlaşdırma Mərkəzinin (Ulduz şəhərciyi) sərgi salonunda nümayiş olunmuş əsərləri haqqında məlumat verib.

Tədbirdə Bakı şəhər məktəblərində yerləşən  RUGİM-nin Ekoklublarının üzvləri ara­sın­da 12 aprel - Kosmonavtika Gününə  həsr olunmuş “Kosmosu mənə göstər”  müsabiqəsinin video­çarxları nümayiş olunub.

Sonda müsabiqədə seçilən 56 məktəbliyə sertifikatlar, həmçinin Azərbaycan Respubli­kasının Prezidenti yanında Bilik Fondunun “Kosmosu mənə göstər” kitabı təqdim olunub. Müsabiqədə 1-ci, 2-ci və 3-cü yeri tutan məktəblilər isə diplom və “Azərkosmos” ASC-nin hədiyyələri ilə mükafatlandırılıblar.