Azedu.az

"DÖVLƏT QULLUĞU” jurnalının 2-ci nömrəsi nəşr edildi

Dövlət qulluğu

22 Aprel 2019, 12:31

Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna hazırlaşanlar üçün “DÖVLƏT QULLUĞU” jurnalının 2019-cu il 2 ci nömrəsini çap edib.

AzEdu.az xəbər verir ki, bu nömrədə “Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunu”, “Dövlət qulluğuna qəbul üzrə keçirilən test imtahanları barədə statistik məlumatlar (01.04.2019-cu il tarixə)”, “Dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində uğur qazanmış namizədlərin siyahısı (03.01.2019 – 01.04.2019)”, “Ehtiyat kadrlar üzrə 2019-cu ilin I rübü ərzində görülən işlərə dair məlumat” və digər zəruri məlumatlar dərc olunub.

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya //www.abiturient.az/ saytından sifariş etmək olar:

  • Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M.

  • Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox