Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-15 10:17:00
80 mindən çox abituriyent ərizəsini təsdiqlədi

Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu bugün başa çatır.

Sənəd qəbulu martın 15-dən aprelin 15-i saat 23:59-dək internet vasitəsilə aparılır.

AzEdu.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, bu dəqiqələrə olan məlumata əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün ümumilikdə 80.452 abituriyent ərizəsini təsdiqləyib.

Ali məktəblərə daxil olmaq üçün ixtisas qrupları üzrə ərizəsini təsdiq edənlərin arasında I qrupun abituriyentləri üstünlük təşkil edir.

Azərbaycan bölməsində:

I ixtisas qrupu üzrə 24.389, rus bölməsi üzrə isə 2.224 nəfər;

II ixtisas qrupu üzrə  12.393, rus bölməsi üzrə isə 1.371 nəfər;

III ixtisas qrupu üzrə 19.594, rus bölməsi üzrə 1.413 nəfər;

IV ixtisas qrupu üzrə 4.339, rus bölməsi üzrə isə 543 nəfər ərizəsini təsdiqləyib.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər.

Qeyd edək ki, tələbə qəbulu elanı və digər zəruri məlumatlarla daha ətraflı "Abituriyent 2” jurnalında tanış ola bilərsiniz.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları