Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-05 10:09:51
Çində oxumaq istəyənlər üçün əla şans – Sərfəli təqaüd proqramı

Çinin Harbin Mühəndislik Universiteti beynəlxalq tələbələr üçün təqaüd proqramı təklif edir. 

AzEdu.az xəbər verir ki, təqaüd proqramları bakalavr, magistr və doktorantura dərəcələri üçün nəzərdə tutulub. Təqaüd proqramına təhsil haqqından azad olma və yaşayış xərcləri daxildir.

Magistratura proqramları üzrə  yaşayış xərci 445 dollar, doktorantura üçün isə 519 dollardır. 

Tələblər:

Elektron müraciət formasının doldurulması;

Transkript;

Bakalavrlar üçün (Attestat);

Magistrlar üçün: (Diplom surəti);

Motivasiya məktubu;

2 tövsiyə məktubu

Təqaüd proqramına son müraciət tarixi isə 31 may 2019-cu ildir.

Qeyd edək ki, daha ətraflı məlumat və qeydiyyat üçün aşağıda göstərilən link vasitəsilə tanış ola bilərsiniz:

http://studyheu.hrbeu.edu.cn/2018/1203/c6390a207874/page.htm

Günel Yaşarqızı
Müəllifin digər yazıları