Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-10 09:03:56
Azərbaycan və Fransa universitetləri arasında əməkdaşlıq ediləcək

Fransanın Azərbaycandakı səfirliyinin Əməkdaşlıq və mədəniyyət üzrə müşaviri Morin Rabb və Fransa Geosiyasət Universitetinin nümayəndə heyəti Bakı Avrasiya Universitetində olublar.

Azedu.az xəbər verir ki, qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edən Tədris işləri üzrə prorektor Dos. Nigar Hüseynova universitet haqqında ətraflı məlumat verdikdən sonra ikitərəfli əməkdaşlığın qurulmasında tərəf kimi maraqlı olduqlarını qeyd edib.

Universitet rəhbərliyinə təşəkkürünü bildirən Geosiyasət Universitetinin əməkdaşı Kevin Limoni təmsil etdiyi qurum haqqında məlumat verərək universitetin beynəlxalq münasibətlər, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və geostrategiya sahəsində ixtisaslaşmasından və bu sahə üzrə kadr hazırlığında dünya universitetləri arasında ön sıralarda yer aldığını qeyd edib.

Görüşdə universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru  s.ü.f.d Səyavuş Qasımov hər iki universitet arasında akademik mobilliyin həyata keçirilməsi, birgə beynəlxalq elmi tədbirlərin təşkili və layihələrin hazırlanması istiqamətində əməkdaşlığın vacibliyini vurğulayıb və gələcək perspektivləri yüksək qiymətləndirib.

3.jpg