Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-05 16:08:49
Məşhur YÖS imtahanlarının bilinməyən tərəfləri – Çətin şərtlər  

Bir çox gəncin xəyalı xarici ölkələrdə təhsil almaqdır.Bu, hər gəncin istər dünyagörüşünün artırılması, istərsə də elm, təhsil baxımından böyük əhəmiyyət kəsb edir.

Xarici ölkədə təhsil almaq üçün ən vacib məsələlərdən biri həmin universitetin şərtlərinə cavab verməkdir.

AzEdu.az bu dəfə  YÖS imtahanı haqqında zəruri məlumatları təqdim edir:

Türkiyədə təhsil almaq istəyən əcnəbi vətəndaşlar “Yabancı Öğrenci Sınavı” (YÖS) imtahanından keçməlidirlər.

Türkiyənin dövlət və özəl universitetlərində bakalavr dərəcəsinə qəbul zamanı YÖS imtahanından uğurla keçmək tələb olunur. Hər bir universitetin öz YÖS imtahan vaxtı, qəbul şərti və müəyyən olunan keçid balı var.

Universitetlərin bəziləri  Türkiyədə, bəziləri isə həm də Azərbaycanda imtahan keçirirlər.

 YÖS imtahanı 2 hissədən ibarətdir: məntiq və riyaziyyat;  türk dili…

Birinci hissədə Məntiq 45 və Riyaziyyatdan  35 olmaqla, ümumilikdə 80 sual təqdim olunur. Bu mərhələyə 90 dəqiqə vaxt ayrılır.

İkinci mərhələdə -  türk dilindən səviyyənin  yoxlanılmasına isə 60 dəqiqə vaxt ayrılır.

YÖS imtahanlarından yığıla biləcək maksimum nəticə 100 baldır. 60-dan yuxarı nəticə göstərdikdə isə  universitetə güzəştli təhsil haqqı və ya ödənişsiz qəbul ola bilərsiniz. Daha yaxşı ixtisaslar üçün tələbələrin maksimuma yaxın nəticə göstərməkləri tələb olunur. Türkiyədə tibb sahəsi üzrə təhsil almaq istəyən tələbələr ən azı 98 bal toplamalıdırlar.

Qeyd edək ki, YÖS imtahanı hər bir universitetin özündə verilir. Əgər  imtahan verdiyiniz universitetdə təhsil almaq istəmirsinizsə, o zaman həmin nəticə ilə  digərlərinə müraciət edə bilərsiniz. Sadəcə əvvəlcədən dəqiqləşdirməlisiniz ki, nəticənizi hansı ali məktəb qəbul edəcək.

Günel Yaşarqızı
Müəllifin digər yazıları