Azedu.az

Akademiyaya yeni inzibati bina tikiləcək

22 Fevral 2019, 13:12
Akademiyaya yeni inzibati bina tikiləcək

"Təəssüflər olsun ki, 2009-cu ildən bakalavriat pilləsi üzrə ixtisasların sayı 700-dən azaldılaraq 140-a endirildi".

Az.Edu xəbər verir ki, bunu Dövlət Gömrük Akademiyasının rəisi Qulu Novruzov bildirib. Rəis qeyd edib ki, ləğv olunanlar arasında gömrük işi ixtisası da var idi: 

"Həmin vaxtdan etibarən gömrük işi ixtisasına qəbul dayandırıldı. Nazirlər Kabinetinin bu qərarından sonra prezidentin sərəncamı ilə akademiya yaradıldı. 2014-cü ildə akademiya fəaliyyətə başladı". 

Q.Novruzov təəssüflə qeyd edib ki, hələ də gömrük işi ixtisasının təsnifata salınmasına nail olunmayıb:

"Bu barədə Dövlət Gömrük Komitəsi tərəfindən müvafiq qurumlara müraciət edilib. Ümid edirik ki, adiyyatı orqanlar bu işə konstruktiv yanaşacaq. Onu da qeyd etmək istəyirəm ki bu gün hazırlanan gömrük mütəxəssisləri 2009-ci ilə qədər hazırlanan mütəxəssislərdən köklü sürətdə fərqlənir". 

Q. Novruzov həmçinin bildirib ki, akademiyanın yeni binası olacaq: "Dövlət Gömrük Komitəsi söz verib ki, yaxın bir ildə bizi yeni bina ilə təmin edəcək".

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox