Azedu.az

BDU-nun tələbəsi atasının gözü qarşısında öldürüldü - FOTO    

Ali təhsil

Maraqlı

12 Fevral 2019, 22:36
BDU-nun tələbəsi atasının gözü qarşısında öldürüldü - FOTO    

Şirvan rayonunda qətl hadisəsi törədilib.

AzEdu.az "Report"a istinadən məlumat verir ki, hadisə Heydər Əliyev prospektində baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü Fətullayev Rəşad Rauf oğlu atasının çalışdığı mağazanın qarşısında 2001-ci il təvəllüdlü Adıgözəlov Amil Mahir oğlu tərəfindən bıçaqlanıb. R.Fətullayev aldığı xəsarətdən hadisə yerində ölüb. Qətli törədən şəxs ərazidən qaçıb.

Qeyd edək ki, R.Fətullayev BDU-nun tələbəsidir.

Faktla bağlı araşdırma aparılır.

Rusiyadan Azərbaycana axın - 400 min nəfər ... - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox