Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-07 14:18:00
“Mübariz İbrahimov – vətənpərvərlik nümunəsi” mövzusunda müsabiqənin qalibləri mükafatlandırılıb

Azərbaycan Dillər Universitetində (ADU) Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü münasibətilə təşkil edilən “Mübariz İbrahimov – vətənpərvərlik nümunəsi” mövzusunda yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AzEdu.az xəbər verir ki, mərasimdə ADU-nun rektoru, akademik Kamal Abdulla Milli Qəhrəman Mübariz İbrahimovun doğma Vətən, torpaq yolunda göstərdiyi qəhrəmanlıqlardan danışıb, şəhidlərin xatirəsinin əbədiyaşar olduğunu diqqətə çatdırıb.

Rektor qəsbkar ermənilər tərəfindən zəbt edilmiş torpaqlarımızın Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə azad olunacağına əminliyini vurğulayıb.

Digər çıxış edənlər də Milli Qəhrəman Mübariz İbrahimovun keçdiyi şərəfli döyüş yolundan bəhs edib, onun xatirəsinin daim əziz tutulacağını söyləyiblər.

Tədbirdə məlumat verilib ki, 300-dək tələbə, şagird, müəllim və mütəxəssisin qatıldığı müsabiqənin nəticələrinə görə 1 nəfər birinci, 2 nəfər ikinci, 3 nəfər üçüncü yerə, 7 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.

Qaliblərə diplom və pul mükafatları təqdim edilib.