Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-03 16:57:52
Azərbaycanda yeni günəş elektrik stansiyaları AÇILACAQ

Yaxın zamanlarda Azərbaycanda iki yeni günəş elektrik stansiyası açılacaq.

Bu barədə Trend-ə “Azgüntex” şirkətinin baş texnoloqu Nizami Əsgərov məlumat verib.

N.Əsgərovun sözlərinə görə, stansiyalar şirkətin günəş panelləri ilə işləyəcək:

“Bakının Sahil qəsəbəsindəki stansiya artıq istifadəyə tam hazırdır. Onu elektrik şəbəkəsinə qoşmaq qalır. Stansiya işə düşəndən sonra Sumqayıt şəhərindəki analoji stansiyanın istifadəyə verilməsi planlaşdırılır”.

 

Bu gün Azərbaycanda günəş elektrik stansiyaları Qobustan və Samux şəhərlərində, eləcə də Pirallahı və Suraxanı qəsəbələrində fəaliyyət göstərir.

N.Əsgərov bildirib ki, Qobustandakı stansiya şəhərin elektrik enerjisinə olan tələbatını tam təmin edir:

“Məqsəd bu cür elektrik stansiyalarının sayını artırmaq və alternativ enerjinin imkanlarından maksimum yararlanmaqdır”.