Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-05 19:48:02
Dövlət Xidməti jurnalistləri mükafatlandırdı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibətilə və  vətənpərvərlik təbliğatının yüksəldilməsi məqsədi ilə kütləvi informasiya vasitələrinin nümayəndələri arasında keçirilmiş yazı müsabiqəsinin qaliblərinin təltif edilməsi mərasimi keçirilib.

AzEdu.az xəbər verir ki, tədbiri  Səfərbərlik və Hərbi Xidmətə  Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor, Zaur Abdullayev açaraq  Silahlı Qüvvələrin formalaşmasında Ulu Öndər Heydər Əliyev tərəfindən misilsiz işlər həyata keçirildiyini nəzərə çatdırıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında davam etdirilən islahatlar və dövlət qayğısı sayəsində bugün Silahlı Qüvvələrimiz ən müasir hərbi texnika və silah sursatla təmin olunur.

Z.Abdullayev Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi sahəsində həyata keçirilən layihələrdə, təşkil olunan tədbirlərdə kütləvi informasiya vasitələrinin fəal iştirak etdiyini bildirib.

Münsiflər heyətinin sədri, polkovnik Niyaz Məmmədov müsabiqəyə 36 yazının daxil oduğunu diqqətə çatdırıb. Daha sonra qaliblərin adları açıqlanıb.  Münsiflər heyətinin qərarına əsasən 1-ci yerə Firuzə Nadir, 2-cü yerə Cavid Qədir, 3-cü yerə isə AzEdu.az-ın əməkdaşı Nəzrin Rüstəmova layiq görülüblər. Qaliblərə müvafiq diplomlar və mükafatlar təqdim edilib.

Müsabiqədə iştirak edən 10 nəfər isə həvəsləndirici mükafatla təltif edilib.