Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-03 10:32:00
“İclaslarda heç bir şikayətlə üzləşməmişəm” – Gənc müəllim

“Müəllim iclasları əsasən tədrisin keyfiyyətini artırmaq məqsədi ilə təşkil olunur. Eyni zamanda tədrisdə buraxılmış səhvlərin aradan qaldırılması üçün ümumi müzakirələr aparılır”.

Bu sözləri AzEdu.az açıqlaması zamanı coğrafiya müəllimi Tural Topçuyev deyib. O, müəllimlər üçün təşkil olunan iclaslar barədə ümumi məlumat verib:

Müəllim iclasları əsasən tədrisin keyfiyyətini artırmaq məqsədi ilə təşkil olunur. Eyni zamanda tədrisdə buraxılmış səhvlərin aradan qaldırılması üçün ümumi müzakirələr aparılır, təklif və iradlar səslənir. Bu iclaslarda rəhbərin təşkilatçılığı əsas rol oynayır. Mənim müəllimi olduğum Goranboy şəhər 1 saylı tam orta məktəbin direktoru bu sahədə mükəmməl rəhbərdir. İnanın səmimiyyətimə işlədiyim hər iki məktəbdə bu zamana qədər iclaslarda heç bir ciddi şikayətlə üzləşməmişəm.

İş varsa, orada mütləq nöqsanlar olacaq. Misal üçün, jurnallar tam nəzarət altında saxlanılır. Bəzən nöqsanlara rast gəlinir ki, o zaman da rəhbərlik iradını bildirir.

T.Topçuyev həmçinin jurnalların yazılması haqda da fikirlərini bildirib:

“Baxır nəyi necə yazırıq. Yəni normal qaydada şagirdlərin soyadı adı yazılır. Bundan sonra vacib deyil ki, hər bir şagird barədə hər gün qeydlər aparılsın. Lakin lazım gəldikdə bəzi şagirdlər barədə qeyd yazırıq. Qiymətləndirmə zamanı, ümumən, formative qiymətləndirmə ilə bağlı narahatlıq olur. Burada rəqəmdən istifadə qiymət kimi yazıla bilməz”.

Qeyd: Formativ qiymətləndirməyə ayrılan yer, summative qiymətləndirməyə ayrılan yerdən böyükdür. Çünki formativ qiymətləndirməninnəticələri rəqəmli deyil, məktəbli kitabçasında sözlə təsvir edilir. Ümumiyyətlə, formativ qiymətləndirmə üçün müəllim xüsusi vaxt ayırmalı deyil. Bu, bütün dərs boyu davam edən bir prosesdir və müəllim daim şagirdləri müşahidə etməlidir.