![](https://azedu.az/uploads/news/2019/01/azedu.az_elektron_tedris_51.jpg)
Dövlət Gömrük Komitəsinin (DGK) Ümumdünya Gömrük Təşkilatının (ÜGT) dəstəyi ilə hazırladığı Elektron Tədris Platformasının təqdimatı keçirilib. Komitədən AzEdu.az-a verilən məlumata görə, təqdimat mərasimində DGK sədri Səfər Mehdiyev, Komitə sədrinin müavinləri və Baş İdarə rəisləri, ÜGT-nin potensialın gücləndirilməsi üzrə direktor müavini Brenda Mundiya və bu qurumun Avropa regionu üzrə üzv dövlətlərinin nümayəndələri iştirak ediblər.
S.Mehdiyev bildirib ki, Azərbaycan gömrüyü hər zaman elmi nailiyyətlərin gömrük işinin təşkili sahəsində tətbiqinə xüsusi önəm verib və Elektron Tədris Platforması da bu sahədə növbəti addımlardan biridir.
Vurğulanıb ki, bu layihə gömrük sahəsində çalışanların bilik və bacarıqlarının artırılmasında, potensialın gücləndirilməsində mühüm rol oynamaqla yanaşı, təcrübə mübadiləsi istiqamətində də səmərəli nəticələrin əldə olunmasına şərait yaradacaq. Azərbaycan gömrüyünün ÜGT-nin innovativ layihələrinə, komitə və alt komitələrinin qərar və tövsiyələrinə xüsusi önəm verdiyini diqqətə çatdıran DGK sədri qarşılıqlı əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə ümidvar olduğunu deyib.
ÜGT-nin potensialın gücləndirilməsi üzrə direktor müavini Brenda Mundiya 30 yanvar - Azərbaycan gömrük əməkdaşlarının peşə bayramı münasibətilə təbrikini çatdırıb və təmsil etdiyi qurumla Azərbaycan gömrüyü arasındakı əməkdaşlıq əlaqələrindən məmnunluqla söhbət açıb.
Son dövrlər Azərbaycan gömrüyündə tətbiq edilən yenilikləri, inkişaf proqramlarını diqqətlə izlədiklərini bildirən B.Mundiya əldə edilən uğurlu nailiyyətlərin ÜGT Baş katibi Kunio Mikuriya tərəfindən də yüksək qiymətləndirildiyini vurğulayıb. ÜGT təmsilçisi yeni layihənin gömrük əməkdaşlarının potensialının gücləndirilməsində mühüm rol oyanayacağına əminliyini ifadə edib.
Daha sonra Elektron Tədris Platforması ilə bağlı məlumatlandırıcı videoçarxlar nümayiş etdirilib.
Təhsildə yeni metod və yanaşmaları ehtiva edən Elektron Tədris Platforması bilik və məlumatların elektron qaydada məsafədən əldə olunmasına, öyrənilməsinə, analiz edilməsinə və dəyərləndirilməsinə şərait yaradan bir sistemdir.
Yeni layihə ilk mərhələdə DGK-nın Akademiyasında tətbiq ediləcək, daha sonra gömrük əməkdaşları da sistemdən faydalanacaqlar.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)